Mikroavtobusla minik maşını toqquşdu

28.03.2025 Müəllif: ziyali.ocaqi Şərh yoxdur

Yevlaxda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var.

Hadisə rayonun Əxşəm kənd yolunda qeydə alınıb.

Mikroavtobusla “VAZ” markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər – 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1984-cü il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədova, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov və 1990-cı il təvəllüdlü Arzu Həmidova xəsarət alıb.

Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

2 baxış

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.