“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub

28.03.2025 Müəllif: ziyali.ocaqi Şərh yoxdur

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub. Emin Rafullayev qurumun Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.

O, bu postda Ramin İsrəfilovu əvəzləyib.

Qeyd edək ki, E.Rafullayev bu təyinatadək “SOCAR RUS” Administrativ şöbənin müdiri vəzifəsində çalışıb. Bundan öncə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Təminat, təchizat və təsərrüfat departamentinin şöbə müdiri, eləcə də Mərdəkan Reabilitasiya Pansionatında direktor müavini olub, həmçinin müxtəlif dövlət və özəl qurumlarda rəhbər vəzifələrdə çalışıb.

2 baxış

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.