YOLKA VƏ MƏNTİQ DİKTATURASI

31 Dekabr – Dini Yox, Siyasi Hadisədir.

Qarşıdan yeni il gəlir yenə bu haqda müzakirələr gündəmi zəbt edəcək
ELAZ.İNFO olarq qısa araşdırma etdik və bu araşdırmanı Sizin də diqqətinizə çatdırırıq.

​Hər il dekabrda eyni fikir terroru yaşanır: adi bir bəzək, dini müharibəyə çevrilir. Bu absurd mübahisənin kökü sadəcə iki faktdan qaçmaq cəhdidir:

​31 Dekabrın Mənşəyi: Yeni ilin 1 Yanvarda başlaması, İsanın doğumundan yüzillər əvvəl, e.ə. 46-cı ildə, Roma imperatoru Yuli Sezarın təqvim islahatıdır. Bu qərarın dini yox, idarəetmə və siyasi mahiyyəti var.
​
Azərbaycanın bu tarixi Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməsi, bayramın dini deyil, ümummilli, sekulyar dəyərini bir daha təsdiqləyir. Yolka bu Həmrəyliyin vizual fonudur.
​
31 Dekabr heç vaxt dini ayin olmayıb. Bu iddianı irəli sürənlər milli həmrəylik ruhunu zədələməyə cəhd edirlər.
​
​Yolkanı “bütpərəstlik” və ya “şirk” simvolu adlandırmaq, Avropanın tarixi reallıqlarına və kommersiya faktlarına qarşı savadsızlıqdır.
​
Yolka, XVI əsrdə qışın qaranlığında yaşıl qalan ağacın Həyatın Davamlılığı və Ümidin simvolu kimi ailə içində bəzədilməsi ilə başladı. Bu, kütləvi ibadət deyil, ailəvi ənənə idi.

​Oyuncaqların Həqiqəti: Şüşə toplar, zərlər və işıqlar dini məqsədlə yox, XIX əsr Almaniyasının sənaye ixtirası kimi, sırf bəzək və bazar məhsulları olaraq istehsal edilib. Onların yeganə mənası – gözəllik və şənlik yaratmaqdır.
​
Post-sovet məkanında Yolka ideoloji olaraq dindən tamamilə qoparılaraq dünyəvi bayramın mərkəzi dekorasiyasına çevrilib.

Yolka, ənənə və kütləvi istehsalın məhsuludur.

Xürafatçıların İkili Standartı


​Bu mübahisədə ən kəskin tənqid, qadağa tələb edənlərin öz ziddiyyətli həyat tərzləridir.
​Əgər Yolka kimi sadə bir dekorasiya “Qərbdən gəldiyi” üçün haramdırsa, onda belə qadağa tərəfdarlarının:
​Qərb texnologiyası olan son model smartfonlar (iPhone, Android) vasitəsilə qadağa çağırışı etmələri niyə halaldır?
​Niyə Avropa mühəndislərinin hazırladığı mühərrikli avtomobilləri sürürlər?
​Deməli: Problem Yolkanın ağac olmasında yoxdur. Problem seçici, ikiüzlü məntiqdədir. Onlar yalnız asan hədəf olan dekorasiyanı vururlar, çünki qadağanı tələb etdikləri texnologiyalar olmadan yaşaya bilmirlər.
​
​Yolka ətrafında illik gərginlik yaratmaq, cəmiyyətin dünyəvi həyatına nəzarət etmək üçün təşkil olunmuş ideoloji kampaniyadır. Qadağa tələb edənlərin əsas məqsədi dini təmizlik yox, sosial təsir və hakimiyyət qazanmaqdır.
​Yolka sadəcə bir bəzəkdir.

31 Dekabr isə Dünya Azərbaycanlılarının Milli Həmrəyliyi günüdür.

Ruslan MƏMMƏDOV