ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

Yenə mövqelərimiz atəşə tutuldu

elazinfo.com/ Müdafiə Nazirliyinə istinadən bildirir ki, aprelin 8-i saat 19:20-dən  22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.