Volodimir Zelenski: -“Ukraynalılar torpaqlarını işğalçılara verməyəcəklər”

11.08.2025 Müəllif: ziyali.ocaqi

ELAZ.İNFO xəbər verir ki, bütün dünyanın diqqəti avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsinin dayandırılması ilə bağlı razılaşmanı müzakirə edəcəyi görüşə fokuslanıb.

Tramp bildirib ki, tərəflər atəşkəsə “yaxındır” və Rusiya Ukraynadan əhəmiyyətli ərazi güzəştləri tələb edə bilər.

Ukrayna prezidenti Volodimir Zelenski ölkə konstitusiyasının ərazi güzəştlərinə yol vermədiyini vurğulayaraq, “Ukraynalılar torpaqlarını işğalçılara verməyəcəklər” -deyib.

İlahə BAYINDIR

2 baxış