Vətənin göylərindən bizə boylanacaqlar

01.04.2025 Müəllif: ziyali.ocaqi Şərh yoxdur

ŞƏHİDLƏR

Qıy çəkən qartallardır

Vətən torpaqlarında.

Yamyaşıl yarpaqlardır

Çinar budaqlarında.

O qartallar hər zaman

Keşikçi olacaqlar.

Vətənin göylərindən

Bizə boylanacaqlar.

O yarpaqlar tökülüb

Torpağa qarışacaq.

İllərlə bütünləşib

Dönüb vətən olacaq.

Çisgin, duman şəklində,

Yurda ələnəcəklər.

Vətən haray çəkəndə

Yenidən gələcəklər.

Müqəddəs məşəllərlə

Keşikdə duracaqlar.

Namərd, mərə kafirdən

Öc, qisas alacaqlar.

Hər an başımız üstə

Gəzib dolanacaqlar.

Onlar yaddaşımızda

Əbədi qalacaqlar!

Əbədi qalacaqlar!

İlahə BAYINDIR

1 baxış

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.