ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

Unudulmazlar- Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Fəxrəddin Nəcəfov


ELAZ.İNFO xəbər verir ki, 4 sentyabr Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Fəxrəddin Nəcəfovun şəhidlik zirvəsinə ucaldığı gündür.

Allah bütün Qəhrəmanlarımıza rəhmət etsin!

Məlumat üçün qeyd edək ki, Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il iyul ayının 7-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985- 1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur.

1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir.

Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhəri 266 nömrəli tam orta məktəb onun adını daşıyır.

Əli İBRAHİMOV