Unudulmazlar- Azərbaycanın Milli Qəhrəmanı Elşən Hüseynov

30.06.2025 Müəllif: ziyali.ocaqi Şərh yoxdur

ELAZ.İNO xəbər verir ki, 30 iyun Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Elşən Hüseynovun doğum günüdür.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Elşən Hüseynov 30 iyun 1976-cı il Saatlı rayonun Qıraqlı kəndində anadan olmuşdur. 1983-cü ildə burada məktəbə getmiş, 1993-cü ildə burada məktəbi bitirmişdir. 1994-cü ildə Milli Orduya çağırılmışdır.

Görkəmli siyasi xadim, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin komandanlığı ilə silahlı dəstə zərərsizləşdirildi.

…13-17 mart hadisələri zamanı Elşəndə silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edirdi.Silahlı dəstənin zərərsizləşdirilməsi üçün neçə-neçə igidlər dövlətimiz naminə, birliyimiz naminə öz əziz canlarından keçdilər. Bunlardan biri də Hüseynov Elşən oldu…

Atası Hüseynov İbrahim Kərəm oğlu 10 yanvar 1930-cu ildə Saatlı rayonu Qraqlı kəndində anadan olmuşdur.

Anası Hüseynova Arifə Zeyniş qızı 21 mart 1938-ci ildə Saatlı rayonu Qıraqlıkəndində anadan olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-cil tarixli 307 saylı fərmanı ilə Hüseynov Elşən İbrahim oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Saatlı rayonunun Qıraqlı kəndində dəfn edilmişdir.

Əli İBRAHİMOV

3 baxış

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.