Türkiyə və Amerika S-400 məsələsini sonlandırır

31.07.2025 Müəllif: ziyali.ocaqi

ELAZ.İNFO xəbər verir ki, hava hücumundan müdafiə sistemi probleminin həllinə doğru Amerika və Türkiyə sonuc almaq üzrədir.

Bu barədə Tom Barak Habertürk telekanalında bildirib.

“Əlbəttə, biz bir həll tapacağıq. S-400 problemi 2017-ci ildə anlaşılmazlıqlar ucbatından yaranan bir məsələdir. On il sonra biz tamamilə fərqli vəziyyətdəyik və həll yoluna doğru irəliləyirik. Bir vaxtlar siyasi fikir ayrılığına səbəb olan F-35, F-16 və S-400 ilə bağlı məsələlər həllini tapır. Xüsusilə indi – ticarət həcmini ildə 100 milyard dollara çatdırdığımız və NATO-nun Türkiyədən getdikcə daha çox yardım, məsləhət və dəstək gözlədiyi bir vaxtda”.

N.B

4 baxış