ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

Türk dünyasının ortaq məxrəci yalnız və yalnız bir­lik­dir

Bildiyimiz kimi, dünyanın müxtəlif coğ­rafi məkanlarında yaşayan 170 mil­yon­­dan artıq insan özünün doğma dilində -Türk dilində danışır (-Bütün dün­ya­da toplam 250 milyona qədər türk yaşayır-İ.B). Məhz bu dil vasitəsiylə dünyanın digər xalqları ilə ünsiyyətə girir, on­larla siyasi, iqtisadi əla­qə­lər qurur. Bundan əlavə olaraq, 20 mil­yon insan isə Türk dilindən ikinci bir dil olaraq istifadə edir.  Sitat gə­­tir­diyimiz bu rəqəmin say çoxluğu Türk dünyasının böyüklü­yü­­­nün, onun vahid gücünün işarəsidir. Cin səd­dindən Avropanın mər­kə­zinə qədər uzanan bir arealda məskun­la­şan, öz xalqının dili ilə dünyaya səslənən türklərin milli kimliyi müa­sir dün­yanın fövqəl­­bə­şər qüvvələri tərəfindən qəbul edilməkdə və ta­nın­­­­maq­dadır. Bü­tün­lükdə türk xalqlarını özündə ehtiva edən Türk dün­­yası an­layışı əslində özündə bu böyüklüyü birləşdirən qüdrətli bir körpü­dür. Türk dünyasının ümumi qavramında Türküstan kimi for­ma­laşan və tanınan Türk dünyasının ortaq məxrəci yalnız və yalnız bir­lik­dir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış­la­rından birində söyləyir: –“Azərbaycanın ailəsi Türk dünyasıdır”. Cənab Prezidentin bu fikri əslində siyasiləşmiş, qütbləşmiş müasir dünyaya doğru ünvanlanan bir mesajdır.

Son illər Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qır­ğı­zıs­tan, Türkmənistan və digər türkdilli ölkələrlə, onların rəhbərləri ilə quru­lan və davam etdirilən əlaqələr min illərin, dərin köklərin dərin bağları ilə bir-birinə sıx şəkildə bağlanmış, milli dəyərlərə arxalanan milli mü­na­sibətlərdən irəli gəlir. Mayasında, qayəsində birlik, bəra­bər­lik olan bir gücün qarşısı heç vaxt alına bilməz. Yaşadığı məkandan, zamandan asılı olmayaraq, bütün dünya Türkləri özlərinin gücünü birləşdirməli, müqəddəs amal uğrunda çalışmalıdırlar.

İlahə BAYINDIR

Tədqiqatçı