Tramp tərəflər arasında sülhə nail olduqdan sonra ona zəng etdildiyini bildirib

29.10.2025 Müəllif: ziyali.ocaqi

ELAZ.İNFO xəbər verir ki, Amerika Prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasında sülhə nail olduqdan sonra Rusiya lideri Vladimir Putinin ona zəng etdiyini bildirib.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması haqda danışarkən Tramp brifinqdə deyib.

“Putin mənə zəng edib dedi ki, bu, heyrətamizdir. Biz bu müharibəni dayandıra bilmirdik”, – Tramp qeyd edib.

Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdəki görüşünü xatırladan Tramp məhz bundan sonra sülhə nail olunduğunu vurğulayıb: “Onlar (Azərbaycan və Ermənistan liderlər) Ağ Evdə bir araya gəldilər. Yavaş-yavaş bir-birlərinə yaxınlaşdılar və sülhə nail oldular”

N.B

2 baxış