ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

TikTokda #Azərbaycan Müəllimləri adlı milli müsabiqəyə start verilir

ELAZ.İNFO, BAKI, 05.05.2025.

TikTok sosial media platforması Elm və Təhsil Nazirliyinin dəstəyi ilə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir. İlk dəfə keçirilən müsabiqədə ümumi təhsil, ali təhsil, eyni zamanda orta ixtisas və peşə təhsili müəssisələrinin müəllimləri iştirak edə bilərlər. 
 Müsabiqə  5 may – 1 iyun tarixlərini əhatə edəcək. 
 Müsabiqəyə qoşulmaq istəyən müəllimlər tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayaraq qeyd edilən tarixlərdə TikTok-da paylaşmalıdırlar. Videoların müddəti minimum 30 saniyə olmalı və paylaşım zamanı müsabiqənin rəsmi həştəqi – #AzərbaycanMüəllimləri istifadə edilməlidir. Sonda maarifləndirici videoları ən çox baxış sayı toplayan üç qalib müəyyən edilərək iPhone 16 Pro smartfonu ilə mükafatlandırılacaq. 
 Qeyd edək ki, TikTok-un #AzərbaycanMüəllimləri təşəbbüsü ölkə üzrə müəllimlərə özlərini ifadə etməyin yeni yollarını kəşf etməyə və sadə, hər kəsə anlaşılan qısa video formatında müxtəlif fənlər üzrə biliklərini paylaşmağa imkan yaratmış olacaq.