Tarix bu gün masalarda yazılır

17.03.2025 Müəllif: ziyali.ocaqi Şərh yoxdur

Bu günlər dünya imperializminin bir nümunəsi – Rusiya çarlığının Romanovlar sülaləsinə son qoyulmasından 108 il keçir.

1917-ci ilin bu günündə çar II Nikolayın taxtdan imtina etməsilə Romanovlar sülaləsinə rəsmən son qoyuldu. Amma sonrakı illər sübut etdi ki, sülaləyə son qoyulsa da, imperializmin sadəcə forması dəyişdi. Adını SSRİ qoysalar da, quruluşun adı dəyişsə də, məzmun nəticədə eyni oldu.

İllər keçdi, SSRİ süqut etdi, dövlətlər müstəqil oldu, varisi Rusiya oldu. Amma yenə əsas dəyişmədi… Və imperializm yenidən ətrafa yol açmağa başladı.

Bu  gün suveren dövlətlərin əraziləri zəbt olunur. Dünyanın dəngəsi dəyişir. Tarix bu gün masalarda yazılır və yaradılır. Bax, belə… Tarix budur, qısaca desək!

 

Natəvan BƏYDİLİ

 

1 baxış

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.