Tag: cəmiyyət

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub. Emin Rafullayev qurumun Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub. O, bu postda Ramin İsrəfilovu əvəzləyib. Qeyd edək ki, E.Rafullayev bu təyinatadək “SOCAR RUS” Administrativ şöbənin müdiri vəzifəsində çalışıb. Bundan öncə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Təminat, təchizat […]

Davamını oxu
Ötən dövrdə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib

Ötən dövrdə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib

elazinfo.com/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bildirir ki, 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb. Bu il martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və […]

Davamını oxu
Tatarıstanda Leninoqorsk şəhərinin Azərbaycan icmasının rəhbəri iftar süfrəsi təşkil edib

Tatarıstanda Leninoqorsk şəhərinin Azərbaycan icmasının rəhbəri iftar süfrəsi təşkil edib

   ELAZ.İNFO xəbər verir ki, martın 14-də Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk rayonunun Azərbaycan Milli-Mədəni Muxtariyyəti “Birlik” ictimai təşkilatının sədri, Tatarıstanın Leninoqorsk Bələdiyyə Dairəsinin Sovetinin deputatı, ictimai xadim, xeyriyyəçi Ramiz Məmmədov yerli “İxlas” məscidində iftar süfrəsi təşkil edib. İftar süfrəsində 250-dən çox insan iştirak edib. Bunlar Leninoqorsk vilayətində yaşayan Azərbaycan icmasının nümayəndələri, veteranlar, ağsaqqallar, […]

Davamını oxu
Türkman QHT-lərindən ibarət nümayəndə heyəti Füzuliyə səfər edib

Türkman QHT-lərindən ibarət nümayəndə heyəti Füzuliyə səfər edib

“Türkman irsi: Vətəndaş Cəmiyyətlərinin Həmrəyliyi” Forumu çərçivəsində Azərbaycanda səfərdə olan türkman QHT-lərindən ibarət nümayəndə heyəti Füzuli şəhərinə səfər edib. Türkmanlar Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarı olan Məhəmməd Füzulinin şərəfinə adlandırılmış Füzuli şəhəri ilə tanış olub. İşğal dövründə Füzulidə törədilmiş vəhşiliklər, dağıntılar, Vətən müharibəsindən sonra qısa müddətdə rayonda aparılan genişmiqyaslı quruculuq-bərpa işləri barədə heyət ətraflı […]

Davamını oxu
“Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlim keçirilib

“Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlim keçirilib

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib. Təlimdə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri aktiv iştirak ediblər. Təlimdə aşağıdakı mövzular müzakirə edilib: İnsan alveri fenomeni, İnsan alverinin […]

Davamını oxu
Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb

Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb

“ELAZ.İNFO” xəbər verir ki, Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Heyətə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir. Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir. Qonaqlar martın 15-i Qarabağ Universitetinin müəlim və tələbələri ilə görüşəcək, növbəti gün isə Şuşa və Füzuli şəhərləri […]

Davamını oxu
“Qayıdış” sənədli filminin təqdimatı keçirilib

“Qayıdış” sənədli filminin təqdimatı keçirilib

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon ictimaiyyəti ilə yanaşı filmin rejissoru Elməddin Alıyev, ssenaristi Xəyyam Abdullazadə və operatoru Vasif Vəlizadə də iştirak edib. Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə ərsəyə gəlmiş “Qayıdış” tammetrajlı sənədli filmi “Karvan Production” MMC tərəfindən istehsal olunmuşdur. […]

Davamını oxu
“FİSH HOME” RESTORANINDA CİDDİ NÖQSANLAR AŞKARLANIB

“FİSH HOME” RESTORANINDA CİDDİ NÖQSANLAR AŞKARLANIB

ELAZ.İNFO xəbər verir ki, Binəqədi  rayonu, Nizami Nərimanov küçəsi 15F ünvanında fəaliyyət göstərən fiziki şəxs Sayılov Məqsud Əzizağa oğluna məxsus “Fish home” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, iaşə müəssisəsində mənşə sənədləri olmayan qida məhsulları (yağ, balıq və ət məhsulları) aşkarlanıb. Həmçinin qida məhsullarının hazırlanması zamanı çarpaz çirklənmə riskinin […]

Davamını oxu
Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə iftar süfrəsi açıldı

Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə iftar süfrəsi açıldı

Modern İnkişaf və Ailə İctimai Birliyi ilə Dayaq Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən martın 10-da birgə təşkil edilən iftar süfrəsində 200 nəfərə yaxın şəhid ailəsi və qazilər, eləcə də müxtəlif ictimai-siyasi xadimlər iştirak etdi. Tədbirdə açılış nitqini Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Xanım Quliyeva söylədi. O, dövlət başçısı […]

Davamını oxu
“Ailə məktəbi” çərçivəsində tədbir keçirildi

“Ailə məktəbi” çərçivəsində tədbir keçirildi

elazinfo.com/ xəbər verir ki, mart ayının 11-də "Sağlam Gələcək Naminə" QHT Koalisiyası tərəfindən "Ailə məktəbi" çərçivəsində tədbir keçirildi. İki hissədən ibarət olan tədbirin birinci hissəsində mediatrlar hüquqşünaslar, psixoloqlar və sosioloqlarla ailələrin mövcud vəziyyəti, sürətlə artmaqda olan boşanmaların əsas səbəbləri, boşanmaların uşaqlara təsiri, ailələrdə kişi və qadın münasibətləri müzakirə edildi. Problemin həlli istiqamətində müxtəlif təkliflər səsləndirildi. […]

Davamını oxu