Rusiyanın sualtı qayıqları izlənəcəkdir

24.10.2025 Müəllif: ziyali.ocaqi

ELAZ.İNFO xəbər verir ki,Almaniya Hərbi Dəniz Qüvvələrinin təyyarələri Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlarını “izləmək” üçün şimali Atlantika üzərində Britaniyanın Hərbi Hava Qüvvələrinin missiyasına qoşulacaq.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

“Böyük Britaniya və Almaniya Rusiya sualtı qayıqlarını birgə izləyəcəklər. Növbəti aylarda Almaniya Hərbi Dəniz Qüvvələrinin “Boeing P-8 Poseidon” sualtı qayıq əleyhinə patrul təyyarələrindən biri şimali Atlantikada Britaniyanın Hərbi Hava Qüvvələri ilə gələcək birgə əməliyyatları ərəfəsində ilk dəfə Lossimuta (Britaniyanın Hərbi Dəniz Qüvvələrinin bazası-red) gedəcək”, – açıqlamada bildirilir.

N.B

2 baxış