QƏBƏLƏ – XANKƏNDİ ULTRAMARAFONU KEÇİRİLƏCƏK

QƏBƏLƏ – XANKƏNDİ ULTRAMARAFONU KEÇİRİLƏCƏK

elazinfo.com/ Azərbaycan Gənclər və İdman Nazirliyinə istinadən bildirir ki, aprelin 10-dan 13-dək Qəbələ – Xankəndi ultramarafonu təşkil ediləcək. “Gənclər Paytaxtı”mız Qəbələ şəhərindən start götürəcək marafon iştirakçıları 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.

Ultramarafon iştirakçıları Qəbələ – Ağdaş (55 km), Ağdaş – Bərdə (65 km), Bərdə – Ağdam (44 km), Ağdam – Xankəndi (28 km) mərhələləri üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Yarışa qoşulmaq istəyən 18 yaşdan yuxarı hər kəs martın 30-dək https://zafarrunclub.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilər.

Qeyd edək ki, yerlər məhduddur və iştirakçıların seçimi zamanı öncədən qaçış təcrübəsi olanlara üstünlük veriləcək.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *