ELAZ.İNFO, BAKI, 21.05.2025.
ELAZ.İNFO xəbər verir ki,Pakistan və Hindistan may ayının sonuna qədər qoşunlarını silahlı münaqişə başlamazdan əvvəl tutduqları mövqelərə geri çəkməyə razılaşıblar.
elazinfo.com/ xəbər verir ki, bu barədə "AFP" agentliyi mənbələrə istinadla məlumat yayıb.
“Mayın sonunadək qoşunlar münaqişədən əvvəl tutduqları mövqelərə çəkiləcək”, – adı açıqlanmayan Pakistan təhlükəsizlik rəsmisi nəşrə bildirib.
Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlisinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham etsə də Pakistan bunu qəti şəkildə rədd edir.
Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib. Pakistan Hindistanın mayın 10-dakı hərbi zərbələrinə də sərt şəkildə cavab verib.
Mayın 20-də Amerikanın vasitəçiliyi ilə tərəflər arasında dərhal qüvvəyə minən atəşkəs razılaşması əldə edilib.
ELAZ.İNFO
Leave a Reply