Ölkəyə 287,9 milyonluq hibrid avtomobil gətirilib

26.05.2025 Müəllif: ziyali.ocaqi Şərh yoxdur

ELAZ.İNFO xəbər verir ki, son illər ölkə əhalisi arasında hibrid avtomobillərə böyük maraq göstərilir. Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində ölkəyə 287,9 milyon ABŞ dolları məbləğində 14,3 mindən daha çox hibrid avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 78 faiz və ya 126,1 milyon dollar, say baxımından isə təqribən 2,8 dəfə və ya 9,2 min ədəd üstələyir.

Ümumilikdə cari ilin ilk 4 ayında ölkəyə 616,1 milyon dollar (+22,6 faiz) dəyərində 33,7 mindən (+21,3 faiz) çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 42,4 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 24,1 faiz bəndi çoxdur.

ELAZ.İNFO 

4 baxış

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.