Ölənlər və yaralananlar var

05.09.2025 Müəllif: ziyali.ocaqi

ELAZ.İNFO xəbər verir ki, Naxçıvanda istirahət edərkən bədbəxt hadisə baş verib,

Hadisə Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb.

İstirahət mərkəzlərinin birində su üzərində olan platformanın aşması nəticəsində 2 nəfər ölüb. Ailənin digər üzvü isə hadisədən təsirlənərək yolda dünyasını dəyişib.

Xəstəxanaya gedərkən digər ailə üzvləri isə yolda qəza törədib. Hadisə zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

İlahə ƏHMƏDOVA

2 baxış