Nazir Əhmədlidən Pənah Hüseynlə bağlı sərt fikirlər

📅 14.08.2026 09:58 👤 ziyali.ocaqi 👁️ 6

ELAZ.İNFO xəbər verir ki, jurnalist və aparıcı Nazir Əhmədli Pənah Hüseynlə keçirdiyi debatla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Nazir Əhmədli qeyd edib ki, Pənah Hüseynlə debatına təkrar baxır və onun siyasi fəaliyyətinə dair sərt fikirlər səsləndirib.

O, paylaşımında Pənah Hüseynin hazırlığı ilə bağlı müxtəlif ehtimallar irəli sürüb və onun keçmiş fəaliyyətini tənqidi şəkildə qiymətləndirib.

Əhmədlinin sözlərinə görə, Pənah Hüseynin hazırkı mövqeyi və çıxışları onun müəyyən məsələlərə görə özünü müdafiə etmək cəhdi ilə əlaqəli ola bilər.

Paylaşımında Pənah Hüseyni “yalan istehsal edən maşın” adlandıran Əhmədli onun çıxışlarında yalan və böhtan xarakterli fikirlərin yer aldığını iddia edib.

Nazir Əhmədlinin paylaşımı sosial şəbəkələrdə Pənah Hüseynlə bağlı müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub.

Qeyd edək ki, Nazir Əhmədli ilə Pənah Hüseynin üz-üzə gəldiyi debat daha əvvəl də yayımlanıb və həmin müzakirənin videoları internet platformalarında yer alır.

İlahə  BAYINDIR

Bu xəbəri bəyəndiniz?