Merzin Gecikmiş Bəyanatı

15.12.2025 Müəllif: ziyali.ocaqi

ELAZ.İNFO xəbər verir ki, Almaniya kansleri Fridrix Merz dünənki çıxışında bildirdi ki, “Bizim bildiyimiz Pax Americana dövrü Avropa üçün də, Almaniya üçün də bitdi.”

Qısa arayış:

Pax Americana (latın dilində “Amerika sülhü”) – II DM-dən sonra ABŞ-ın dünya üzrə dominant hərbi, iqtisadi və mədəni gücə çevrilməsi nəticəsində yaranan nisbi sülh və beynəlxalq nizam dövrünü ifadə edir. Başqa sözlə, Pax Americana ABŞ-ın hegemon olduğu dünya nizamı dövrüdür.

Nəhayət ki, bunu Qərbin iri dövlətlərindən birinin rəhbəri də etiraf etdi. Amma gecikib, Pax Americana çoxdan bitib.

Pax Americana-nın nə vaxt bitməsi gələcək tarixçilərin mübahisə mövzusu olacaq. Bunu ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası ilə əlaqəlındirənlər var, lakin bu sənəd həmin geosiyasi prosesin başlanmasının yalnız etirafıdır.

Prosesin start hadisəsi kimi ABŞ-ın qlobal ticarət müharibəsində Çinə uduzmasını (2025) da, Ukrayna müharibəsinin başlanmasını (2022) da, Krımın Ukraynadan ayrılmasını (2014) da, hətta Putinin Münhen çıxışını (2007) da götürmək olar.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

5 baxış