İran səfiri Belçika parlamentinə çağırıldı

19.09.2025 Müəllif: ziyali.ocaqi

Brüssel Azad Universitetinə bağlı böhran təbabəti üzrə mütəxəssisi Əhmədrza Cəlalidən üç aydır ki xəbər yoxdur.

Bununla bağlı Cəlalinin həyat yoldaşı Vida Mehranniya məlumat yayıb.

“Parlament və komitə rəhbərləri bildiriblər ki, üç ay səssizlikdən, alimin harada saxlanılması barədə məlumatsızlıqdan sonra Əhmədrza Cəlali ilə bağlı narahatlıqlar həmişəkindən daha çox artıb”.

Belçika parlamentinin xarici siyasət komitəsi İran səfirni həbsdə olan Azərbaycan əsilli İran-İsveç vətəndaşı olan tədqiqatçı Əhmədrza Cəlalinin vəziyyəti ilə bağlı izahat vermək üçün parlamentə çağırıb.

Emin AZƏRİ Ərdəbil

2 baxış