ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

II fizika-riyaziyyat olimpiadasının final mərhələsi keçiriləcək

ELAZ.İNFO xəbər verir ki, aprel ayının 19-da Naxçıvanda böyük alim Nəsirəddin Tusinin xatirəsinə həsr edilmiş II fizika-riyaziyyat olimpiadasının final mərhələsi keçiriləcək. 

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilməsi nəzərdə tutulan bu bilik yarışında bütünlükdə 136 şagirdin iştirak etməsi gözlənilir. 

Qaliblərə Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim ediləcək.

ELAZ.İNFO