“Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalandı

09.07.2025 Müəllif: ziyali.ocaqi

ELAZ.İNFO  xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalandı.

Azərbaycan Prezident Adminstrasiyasının Mətbuat Xidməti məlumat yayıb ki, saziş iyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə imzalanıb.

Bu saziş yaxın gələcəkdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişafına söykənir.

Günel GÜNTAC

2 baxış