Həlak olan gizir bir il əvvəl gənc oğlunu itirdi

15.04.2025 Müəllif: ziyali.ocaqi

Kəlbəcər rayonunda baş vermiş qəzada həlak olan “N” saylı hərbi hissənin giziri İlahə Şahverdiyeva bir il əvvəl gənc oğlunu itiribmiş.

ELAZ.İNFO Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd edilib ki, İlahə Şahverdiyevanın atası Rəsul Şahverdiyev 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Həlak olan gizir Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır.

2 baxış