ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyası keçirildi

elazinfo.com/ Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin elan olunduğu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

İdarənin əməkdaşlarının iştirak etdiyi aksiya Abşeron rayonunun Mehdiabad qəsəbəsinin ərazisində təşkil olunub.

Ətraf mühitin qorunması və yaşıllıqların artırılması məqsədilə təşkil olunan aksiyada idarənin əməkdaşları tərəfindən çinar, sərv və küknar ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *