Energetika naziri TAP layihəsinin inkişafını müzakirə edib

03.04.2025 Müəllif: ziyali.ocaqi Şərh yoxdur

ELAZ.İNFO Azərbaycan Respublikası Energetika Nazirliyinə istinadən xəbər verir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyepatti ilə görüşüb.

Görüşdə  etibarlı enerji təchizatında təbii qazın və infrastrukturların inkişafının əhəmiyyəti, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin genişləndirilməsi prosesinin cari vəziyyəti nəzərdən keçirilib. Cənub Qaz Dəhlizinin, o cümlədən TAP-ın enerji təhlükəsizliyinin təminatında strateji rolu yüksək qiymətləndirilib.  Bildirilib ki, TAP qaza olan tələbatın İtaliyada 15%-ni, Yunanıstanda isə 18%-ni təmin edir. İndiyə qədər Avropaya ümumilikdə 45 milyard kubmetrdən çox qaz təchiz edilib.

Söhbət zamanı 2026-cı ildən etibarən kəmərin 1,2 milyard kubmetr genişləndirilməsindən sonra növbəti nəzərdə tutulan addımlar, həmçinin metan emissiyalarının azaldılması ilə bağlı da müzakirələr aparılıb.

4 baxış

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.