Ehtimal edilən skelet qalıqları götürüləcək

04.04.2025 Müəllif: ziyali.ocaqi Şərh yoxdur

ELAZ.İNFO xəbər verir ki, Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri aprelin 4-də Baş Güney kəndində, hadisə yerində olacaq və skelet qalıqları Əsəddin Novruzova aid olduğu ehtimal edilən qalıqlar götürüləcək.

Qeyd edək ki, adı çəkilən şəxs 1992-ci il martın 12-də şəhid olub. Ona məxsus olduğu ehtimal edilən skelet fraqmentləri də şəhid olduqdan sonra dəfn edildikləri yerdə tapılıb.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırmalara başlanıb. 

İlahə BAYINDIR

2 baxış

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.