Əfqanıstanda İrana qarşı kampaniya başlayıb

16.07.2025 Müəllif: ziyali.ocaqi

ELAZ.İNFO xəbər verir ki, İranın öz ərazisindən  əfqanistanlı qaçqınların çıxarılmasını təmin etdikcə Əfqanistanda da İrana qarşı kampaniya başlayıblar.

Kampaniya “İran mallarının boykot edilməsi milli tələbdir” həştəgi altında aparılır.

Kampaniyanı təşkil edənlər əfqanistanlı tacirlərə də müraciət edərək, İran məhsullarının almamalarını istəyiblər.

Qeyd edək ki, Əfqanistan İranın 5-ci ən böyük ticarət tərəfdaşıdır.

Aysun NƏCƏFOVA

1 baxış