Donald Tramp: -“Mən Rusiya-Ukrayna müharibəsinin həllinin asan olacağını düşünürdüm, lakin bu, çox mürəkkəbləşib”

19.09.2025 Müəllif: ziyali.ocaqi

ELAZ.İNFO xəbər verir ki, Böyük Britaniyada səfərdə olan ABŞ prezidenti Donald Tramp səfərinin ikinci günü İngiltərənin baş naziri Key Starmerlə birgə mətbuat konfransı keçirib.

Tramp Ukrayna-Rusiya müharibəsindən danışarkən Rusiya prezidenti Vladimir Putindən məyus olduğunu bildirib.

“Mən Rusiya-Ukrayna müharibəsinin həllinin asan olacağını düşünürdüm, lakin bu, çox mürəkkəbləşib”, -deyə Tramp bildirib.

Starmer, bununla belə, Putinə daha çox təzyiq göstərməli olduqlarını söylədi.

Günel GÜNTAC

1 baxış