Taekvondoçu uşaqlar yeni yarışa qatılacaqlar
ELAZ.İNFO xəbər verir ki, sentyabrın 4-ü və 5-i tarixlərində Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda Taekvondo üzrə uşaqlar arasında Azərbaycan birinciliyi keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə turnirdə 2014, 2015 və 2016-cı illər təvəllüdlü oğlan və qızlar aşağıdakı çəki kateqoriyaları üzrə medallar uğrunda mübarizə aparacaqlar. İslam MAHMUDOV
