Category: İDMAN

Ölkəmiz çempionata 13 idmançı ilə qatıldı

ELAZ.İNFO xəbər verir ki, sabah Slovakiyanın paytaxtı Bratislava şəhərində Cüdo üzrə gənclər arasında Avropa çempionatı öz işinə başlayır. Çempionatda 42 ölkədən 374 idmançı iştirak edəcək. Ölkəmiz bu qitə birinciliyinə 13 idmançı ilə qatılıb. Cüdoçularımız artıq Bratislavadadır. Məlumat üçün bildirək ki, çempoinat sentyabr ayının 7-də öz işini yekunlaşdıracaq. İslam MAHMUDOV

Davamını oxu

Cüdoçularımız Qırğızıstandadır

ELAZ.İNFO xəbər verir ki, bu gün Çolpon-Ata (Qırğızıstan) şəhərində Türkdilli Dövlətlərin III Universiadası başlayıb.   Cüdoçularımız bu yarışda 9 çəki dərəcəsində mübarizə aparacaq. 7 kişi, 2 qadın cüdoçu olmaqla yarışlara qatılan idmançılarımıza məşqçilər Elçin İsmayılov, Əmrah Əhmədov rəhbərlik edəcək. Məlumat üçün bildirək ki, universiada sentyabr ayının 9-da yekunlaşacaq. İslam MAHMUDOV

Davamını oxu

Boksçular arasında ilk dünya çempionatı başlayır

ELAZ.İNFO xəbər verir ki, sentyabrın 4-də “World Boxing”in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında ilk dünya çempionatı start götürəcək. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, İngiltərənin Liverpul şəhərində 11 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq. Bu gün Liverpula yollanan Azərbaycan millisi sentyabrın 15-də Bakıya qayıdacaq. Qeyd edək ki, dünya çempionatının püşkü sentyabrın […]

Davamını oxu

“Koreya səfiri kuboku” start götürəcək

ELAZ.İNFO xəbər verir ki, sentyabrın 6-da Bakıda taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku” start götürəcək.   Yarışlar Azərbaycan Taekvondo Federasiyası (ATF) və Cənubi Koreyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda baş tutacaq bu idman yarışında ölkəmizi təmsil edən gənc taekvondoçu oğlan və qızlar yarışacaq. İslam MAHMUDOV

Davamını oxu

Liverpool Premyer Liqa rekordunu qırdı: Alexander Isak 125 milyon funt sterlinq qazandı

ELAZ.İNFO xəbər verir ki, “Nyukasl Yunayted”in onunla müqavilə imzalamaq istəməməsindən sonra uzun müddət adanın futbol dünyasında müzakirə mövzusu olan transfer anlaşması böhrana çevrildi və “Liverpul” istədiklərini aldı. İsveçli hücumçu ilə 6 illik müqavilə imzalayan “Liverpul” 125 milyon funt-sterlinq transfer haqqı ilə İngiltərə futbol tarixində yeni rekorda imza atıb. Bundan əvvəlki rekord 106 milyon funt-sterlinqə “Benfika”dan […]

Davamını oxu
“Qarabağ”-a 5 milyon manat ayırıb

“Qarabağ”-a 5 milyon manat ayırıb

ELAZ.İNFO xəbər verir ki, Prezident İlham Əliyev “Qarabağ” idman klubuna görə sərəncam imzalayıb. Sərəncamla UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb. Nadir Hüseynov

Davamını oxu

İran komandası Belçikaya gedə bilmədi

ELAZ.İNFO xəbər verir ki, Belçika səfirliyi viza verməkdən imtina etdiyinə görə iranlı velosipedçilərin dünya çempionatında iştirakını mümkün olmayıb. İranlı idmançılar Belçikada keçirilən Para Velosiped üzrə Dünya Çempionatında iştirak edə bilmədilər. Bu haqda idman mediası məlumat yayıb. Bu, Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar, həmçinin İran klublarında SEPAH-a bağlı şəxslərin olması ilə əlaqəlidir. Onların fikrincə, İran […]

Davamını oxu

Kamandan Oxatma üzrə çempionat keçiriləcək

ELAZ.İNFO xəbər verir ki, Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək. Kamandan Oxatma Federasiyasından verilən məlumata görə 60-dan çox peşəkar idmançı çempion adı uğrunda yarışacaq.  Kişi və qadınlar üzrə baş tutacaq çempionatda üç yaş kateqoriyası üzrə keçiriləcək çempionat üç gün davam edəcək. Avqustun 28-də başlanan çempionat avqustun 30-da başa çatacaq. İslam MAHMUDOV

Davamını oxu

“Liverpul”un da axtardığı gənc ulduz İsakeni

ELAZ.İNFO xəbər verir ki, Ukrayna nəhəngi Donetsk “Şaxtyor”u Braziliyanın “Fluminense” klubunda çıxış edən 18 yaşlı yarımmüdafiəçi İsake ilə anlaşıb. Arda Turanın idarə etdiyi “Şaxtyor Donetsk” İngiltərə nəhəngi “Liverpul”un da axtardığı gənc ulduz İsakeni tərkibə gətirməklə heyətinə əhəmiyyətli potensial oyunçu qatıb. Nadir HÜSEYNOV

Davamını oxu