Category: İDMAN

Arsenal Yeni oyunçular transfer edəcək

Arsenal Yeni oyunçular transfer edəcək

ELAZ.İNFO xəbər verir ki, yeni futbol mövsümündə Arsenal futbol komandası iki mövqe üzrə oyunçu transfer etməyi nəzərdə tutur. Hücum və yarımmüdafiə  xəttini gücləndirməyi qarşısına məqsəd olaraq qoyan London klubunun bu planı onunla əlaqədardır ki, klubun köhnə oyunçuları  Qabriel Jezus və Kayy Havverts aldıqları zədə üzündən yaşıl sahəyə çıxa bilməyəcəklər.   İslam MAHMUDOV

Davamını oxu
Azərbaycanın bir güləşçisi finala yüksəldi

Azərbaycanın bir güləşçisi finala yüksəldi

Albaniyanın paytaxtı Tirana şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib. Azərbaycan təmsilçilərindən Ruslan Nurullayev (72 kiloqram) startda bolqarıstanlı Dimitar Georgiyevi vaxtından əvvəl məğlub edib – 10:1. Nurullayev daha sonra litvalı Rokas Çepauskası 3:1 hesabı ilə üstələyib. Ruslan […]

Davamını oxu
WAKO-NUN BEYNƏLXALQ DƏRƏCƏLİ HAKİMİ – FƏXRƏDDİN QULİYEV

WAKO-NUN BEYNƏLXALQ DƏRƏCƏLİ HAKİMİ – FƏXRƏDDİN QULİYEV

Fəxrəddin Quliyev WAKO-nun beynəlxalq dərəcəli hakimi, Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədri, Azərbaycan Respublikasının “əməkdar məşqçisi”, kikboksinq üzrə Avrasiya çempionu, dünya çempionatının bürünc mükafatçısıdır. Fəxrəddin Quliyev hal-hazırda Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədridir. Fəxrəddin Quliyevin fəaliyyəti həm dövlətimiz, həm də Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Belə ki, 2022-ci ildə Prezident İlham […]

Davamını oxu
LUİŞ NANİ BAKIDADIR

LUİŞ NANİ BAKIDADIR

“ELAZ.İNFO” xəbər verir ki, “Mançestr Yunayted” futbol komandasının sabiq oyunçusu Luiş Nani Bakıdadır. Uzun illər Portuqaliya millisində oynayan Luiş Nani Bakıda keçiriləcək minifutbol üzrə dünya çemponatının püşkatma mərasimində iştirak etmək üçün gəlib.

Davamını oxu
Orxan Məmmədov: -Ümid edirəm ki, dünya çempionatında ev sahibi komanda olaraq yaxşı oyun göstərəcəyik

Orxan Məmmədov: -Ümid edirəm ki, dünya çempionatında ev sahibi komanda olaraq yaxşı oyun göstərəcəyik

“Minifutbol üzrə dünya çempionatının Azərbaycanda təşkili idmanımız üçün böyük əhəmiyyət kəsb edir”. ELAZ.İNFO AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlaması zamanı deyib. O, mundialda Azərbaycan millisinin şanslarını dəyərləndirib: “Maraqlı qrupa düşmüşük. Ümid edirəm ki, ev sahibi komanda olaraq azarkeşlərimizin […]

Davamını oxu
Fərdi Avropa çempionatında iştirak edəcək Azərbaycan şahmatçıları müəyyənləşib

Fərdi Avropa çempionatında iştirak edəcək Azərbaycan şahmatçıları müəyyənləşib

Kişi şahmatçılar arasında fərdi Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri məlum olub. Bunlar Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riyad Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Elmar Atakişiyev, Xaqan Əhməd, Süleyman Süleymanlı, Sahib Vəliyev və Ümid Aslanovdur. Qeyd edək ki, fərdi Avropa çempionatı martın 15-dən 26-dək Rumıniyanın Eforie şəhərində təşkil olunacaq.

Davamını oxu
Apellyasiya Arbitraj Tribunalı Azərbaycan millisinin sabiq futbolçusunun cəzasını azaldıb

Apellyasiya Arbitraj Tribunalı Azərbaycan millisinin sabiq futbolçusunun cəzasını azaldıb

Apellyasiya Arbitraj Tribunalı “Haypers Quba” klubunun apellyasiya şikayətini qismən təmin edib. ELAZ/INFO AZƏRTAC-a istinad’n bildirir ki? I Liqanın 14-cü turunun “Şəmkir”lə görüşündə hakimi təhqir etdiyi üçün 4 oyun diskvalifikasiya edilən Quba komandasının futbolçusu Ruslan Qurbanovun cəzası 2 matça endirilib. İki oyunluq şərti cəzanın çəkilməsinə görə üç ay sınaq müddəti təyin edilib. Apellyasiya şikayəti qalan hissədə […]

Davamını oxu