Müstəqil Azərbaycanın hərb tarixinə düşmüş Avqust döyüşlərindən 11 il ötür
2014-cü ildə iyulun 31-dən avqustun 1-ə keçən gecə Ağdam və Tərtər rayonları ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində toqquşma baş verib. Buna səbəb Ermənistanın kəşfiyyat-təxribat qruplarının təmas xəttini keçməyə cəhd göstərməsi olub. 3 gün ərzində davam edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbi qulluqçusu həlak olub. Bu, 12 may 1994-cü ildə imzalanmış atəşkəs sazişindən […]
