Yeniyetmələrin hüquqlarının müdafiəsi təkcə qanunla deyil, həm də beynəlxalq öhdəliklərimizlə təmin olunur
Yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının təmin olunması, onların sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyası bu gün cəza icra siyasətində prioritet istiqamətlərdən biridir. Müasir hüquq sistemi, xüsusilə Azərbaycan Respublikasının qanunvericiliyi, uşaqların müdafiəsi prinsipinə əsaslanaraq, yeniyetmələrin cəza icra müəssisələrində saxlanılma şəraitini və onlara münasibəti insan hüquqlarına uyğun şəkildə tənzimləyir. Azərbaycan Respublikası Konstitusiyası, “Uşaq hüquqları haqqında” Qanun, Cinayət Məcəlləsi, […]
