24.10.2025 SAĞLAMLIQ

ÜST qlobal təhlükə barədə xəbərdarlıq edir

ELAZ.İNFO xəbər verir ki, ÜST qlobal təhlükə barədə xəbərdarlıq edir. Ölümlər 70 faiz arta bilər! Antibiotiklərə davamlı infeksiyalarda həyəcan verici artım var.Ümumdünya Səhiyyə Təşkilatının yeni hesabatı antibiotiklərə davamlı infeksiyaların qorxulu artımını ortaya qoydu. 2050-ci ilə qədər bu infeksiyalardan ölümlərin 70 faiz artması gözlənilsə də, xüsusilə aşağı və orta gəlirli ölkələrdə müalicə variantları sürətlə tükənir. ÜST-nin […]

Davamını oxu
24.10.2025 DÜNYA

Müdafiə məsələlərinə həsr olunan sammit keçiriləcək

ELAZ.İNFO xəbər verir ki, Finlandiya Baş naziri Petteri Orpo dekabrın 16-da ölkənin “Eastern Flank” (Şərq cinahı) sammitinə ev sahibliyi edəcəyini bildirib. Bu barədə P.Orpo Brüsseldə Avropa İttifaqı (Aİ) sammitinin başa çatmasından sonra məlumat verib. Görüşün Helsinkidə keçiriləcəyi ehtimal olunur. Tədbirdə Baltik ölkələri, Polşa, Rumıniya və Bolqarıstan – yəni Aİ-nin şərq sərhədlərində yerləşən dövlətlər iştirak edəcəklər. […]

Davamını oxu
24.10.2025 GÜNDƏM

Prezidentlər telefonla danışıb

ELAZ.İNFO xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər. Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha […]

Davamını oxu
“Türk Dövlətləri Insurtech Zirvəsi” keçiriləcək
24.10.2025 GÜNDƏM

“Türk Dövlətləri Insurtech Zirvəsi” keçiriləcək

ELAZ.İNFO xəbər verir ki, Bakıda “Türk Dövlətləri Insurtech Zirvəsi” keçiriləcək. Oktyabrın 28-29-da Bakıda keçiriləcək tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprdən tənzimləyici qurumların və sığorta assosiasiyalarının nümayəndələri iştirak edəcəklər. Sammitdə sığorta sektorunda rəqəmsal transformasiya, InsurTech texnologiyaları və süni intellektin tətbiqi müzakirə olunacaq. Qeyd edək ki, sammit Azərbaycan Mərkəzi Bankının dəstəyi, Türkiyənin Ticarət Nazirliyinin […]

Davamını oxu
24.10.2025 GÜNDƏM

Yaxın Şərqlə yeni əlaqə

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Yaxın Şərq və Qafqaz arasında strateji əlaqəni dərinləşdirir. Bu barədə “Eurasianet” analitik nəşri Azərbaycan haqqındakı xüsusi məqaləsində dərc edib. Rusiya və İranın diqqətinin yayınmış olması və zəifləməsi ilə Bakı ərəb dünyasında güclənməkdə olan oyunçu kimi təsir göstərmək imkanı qazanıb. Ölkənin coğrafi mövqeyi bu Güney Qafqaz ölkəsinə bölgəsəl enerji və təhlükəsizlik […]

Davamını oxu
24.10.2025 DÜNYA

Rusiyanın sualtı qayıqları izlənəcəkdir

ELAZ.İNFO xəbər verir ki,Almaniya Hərbi Dəniz Qüvvələrinin təyyarələri Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlarını “izləmək” üçün şimali Atlantika üzərində Britaniyanın Hərbi Hava Qüvvələrinin missiyasına qoşulacaq. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. “Böyük Britaniya və Almaniya Rusiya sualtı qayıqlarını birgə izləyəcəklər. Növbəti aylarda Almaniya Hərbi Dəniz Qüvvələrinin “Boeing P-8 Poseidon” sualtı qayıq əleyhinə patrul […]

Davamını oxu
24.10.2025 GÜNDƏM

Qoyulan məhdudiyyətin aradan qaldırılır

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan vasitəsilə Ermənistana yüklərin daşınmasına qoyulan məhdudiyyətin aradan qaldırılması qərarı çox mühüm addımdır. Bu barədə Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel deyib. O qeyd edib ki, bir neçə ay və ya il əvvəl belə bir vəziyyəti təsəvvür etmək çətin idi: “Amma bu gün bu qərar artıq qəbul olunub – bu, […]

Davamını oxu
24.10.2025 GÜNDƏM

“Fərhad” Ağdama qayıdır

ELAZ.İNFO xəbər verir ki, tarixçi Zaur Əliyev özünün sosial şəbəkə hesabında qeyd edib ki,Ağdamda Xalq rəssamı Tokay Məmmədovun yaratdığı məşhur “Fərhad” heykəli “Ağdama qayıdır” Sözardı:1959-cu ildə hazırlanmış və Nizami Gəncəvinin qəhrəmanlarından birinin şərəfinə “Fərhad” adlandırılmışdır. Tam heykəlin adı sənədlərdə belə gedirdi: ““Fərhad Bisütun dağını çapır” Ağdamın mərkəzində Mədəniyyət Mərkəzinin qarşısında yerləşirdi. Heykəl monumental ölçülərə malik […]

Davamını oxu
23.10.2025 MARAQLI

Vüqar Dadaşov: -“Rusiyanın Azərbaycanla barışmaq istəyi zərurətdən irəli gəlir”

Düşənbədə Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşündə Putinin Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı səsləndirdiyi açıqlamaya İlham Əliyevin protokol çərçivəsində, formal xarakterli, soyuq və qısa reaksiyası onu deməyə əsas verir ki, Azərbaycanı hələ də qane etməyən məsələlər mövcuddur. Bu fikirləri ELAZ.İNFO-ya açıqlamasında Milli siyasi şərhçi Vüqar Dadaşov bildirib. Politoloqun sözlərinə […]

Davamını oxu
23.10.2025 MARAQLI

“Gələcəyin peşələri” adlı tədbir keçirilib

ELAZ.İNFO xəbər verir ki, Salyan Peşə Liseyində Karyera xidməti üzrə mütəxəssis Xumar Əhmədovanın təşkilatçılığı ilə “Gələcəyin peşələri” adlı tədbir keçirilib. Tədbir iştirakçılarına gələcəyin peşələri,süni intellektin və müasir texnologiyaların əmək bazarına təsiri,eləcə də fərdi bacarıqların inkişafının əhəmiyyəti barədə məlumat verildi. Tədbir zamanı interaktiv sual-cavab aparıldı,tələbələr gələcək karyera planlarını müzakirə etdilər. Liseyin direktoru Ruslan Fətullayev tədbirin əhəmiyyətini […]

Davamını oxu