“Bir axşam” adlı konsert olacaq

23.04.2025 Müəllif: ziyali.ocaqi

ELAZ.İNFO xəbər verir ki, may ayının 1-də Opera Studiyasının səhnəsində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Dövlət Mükafatı laureatı Emin Sabitoğlunun yaradıcılığına həsr olunmuş “Bir axşam” adlı konsert proqramı baş tutacaq.

Musiqili gecədə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edəcək, tanınmış bəstəkarın əvəzolunmaz əsərləri tamaşaçılara təqdim ediləcək.

Esmira RƏHİMOVA

2 baxış