Bakı-Səmərqənd-Bakı aviareysi yenidən fəaliyyətə başladı

ELAZ.İNFO “AZAL”a istinadən xəbər verir ki, artıq aprel ayının 1-dən etibarən sərnişinlər Bakı-Səmərqənd -Bakı aviareysi üzrə aviabiletləri əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, Bakı-Səmərqənd-Bakı istiqamətində uçuşlar üçün çərşənbə axşamı və şənbə, Səmərqənd-Bakı aviareysi üzrə isə uçuşlar çərşənbə və bazar günləri olaraq seçilib.  

Qeyd etmək lazımdır ki, 6 aydan yuxarı idi ki, Bakı-Səmərqənd-Bakı aviareysinin dayandırılması bu avia reysə müraciət edən vətəndaşların narahatlığına səbəb olmuşdu. Aviareysin yenidən fəaliyyəti bu istiqamətə uçmaq istəyən insanların vaxt və məkan baxımından işini asanlaşdıracaq.

İlahə BAYINDIR