Bəybala Mirzəyev: -“Ruhunu iblisə satmış terrorçulardan biri də azaldı”

21.05.2025 Müəllif: ziyali.ocaqi Şərh yoxdur

ELAZ.İNFO, BAKI, 21.05.2025.

 İranın molla hökuməti iki il əvvəl Tehrandakı səfirliyimizə hücum edən və Orxan Əsgərovu qətlə yetirən terrorçu Yasin Hüseynzadənin edam cəzasını icra etməyə məcbur oldu.

ELAZ.İNFO xəbər verir ki, məlum hadisə ilə bağlı öz fikrini bildirən Bəybala Mirzəyev vurğuladı ki, bu addım geciksə də məqbuldur. Ruhunu iblisə satmış terrorçulardan biri də azaldı”.

Bəybala Mirzəyev onu da vurğulayıb ki, “lakin bununla işlər düzəlmir. Mollalar Azərbaycanla münasibətləri yoluna qoymaq, yaxşılaşdırmaq üçün hələ çox iş görməlidirlər”.

Orxan qardaşımızın ruhu şad olsun!

İlahə BAYINDIR

3 baxış

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.