Azərbaycanın Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib


ELAZ.İNFO, BAKI, 21.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Manninonu qəbul edib.
elazinfo.com/ APA-ya istinadən xəbər verir ki, baş Qərargah rəisi Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin peşəkar hərbi kadr potensialının artırılmasına xidmət etdiyini vurğulayıb.
General-polkovnik Mannino hərbi kursların, ixtisasartırma proqramlarının təşkili, eləcə də mütəxəssis hazırlığı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-İtaliya hərbi əlaqələrinin möhkəmlənməsində qarşılıqlı səfərlərin xüsusi önəm kəsb etdiyi bildirilib, maraq doğuran bir sıra digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *