“Araz-2025” birgə təlimi uğurla başa çatdı

22.05.2025 Müəllif: ziyali.ocaqi Şərh yoxdur

ELAZ.İNFO, BAKI, 22.05.2025.

ELAZ.İNFO Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb.
Təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.
Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.
Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

4 baxış

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.