PKK-nın İran qolu tərksilah olmayacağını bildirib

26.05.2025 Müəllif: ziyali.ocaqi Şərh yoxdur

ELAZ.İNFOBAKI, 26.05.2025.

ELAZ.İNFO xəbər verir ki,PKK terror təşkilatının İran qanadı olan PJAK tərksilah olmayacağını açıqlayıb.

elazinfo.com/ bildirir ki, bu barədə Türkiyənin KİV məlumat yayıb.

“PJAK olaraq nə silahımızı yerə qoyacağıq, nə də özümüzü ləğv edəcəyik. PKK-nın buraxılma qərarı bizim yox, onlar üçün məcburidir. PJAK-ın bu məsələ ilə bağlı qərarı fərqlidir”, – Kərimi bildirib.

Xatırladaq ki, Abdullah Öcalan fevralın 27-də PKK-nı tərksilah olmağa və özünü buraxmağa çağırmışdı. Mayın 12-də toplanan PKK rəhbərliyi təşkilatın ləğv olunduğunu bəyan etmişdi.

Aydan ŞƏRBƏTOVA

4 baxış

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.