Ağdamda yanğın baş verdi

10.08.2025 Müəllif: ziyali.ocaqi

ELAZ.İNFO Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, “112” qaynar telefon xəttinə Ağdam rayonu, Novruzlu kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

2 baxış