ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

Tovuzda itkin düşən məktəbli qız tapıldı

ELAZ.İNFO Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımova istinadən bildirir ki, Tovuzda itkin düşən məktəbli qız tapılıb.

Onun sözlərinə görə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A. Süleymanovanın yeri Gəncə şəhərində müəyyən edilib və o Tovuz Rayonuna gətirilib.

Hazırda ailəsinə təhvil verilməsi gözlənilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *