“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Moldova Respublikasında təcrübə mübadiləsi keçib

29.07.2025 Müəllif: ziyali.ocaqi

ELAZ.İNFO xəbər verir ki, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə və təşkilatın sosial işçisi vəzifəsində çalışan Xuraman Abdullayeva Azərbaycan QHT-lərinin Moldova Respublikasına təcrübə mübadiləsi səfərində iştirak edib.

Qeyd edək ki, səfər QHT-lər tərəfindən həyata keçirilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında qabaqcıl təcrübələrin mübadiləsi və QHT şəbəkəsinin yaradılmasına kömək etmək məqsədi daşıyıb.

İlahə BAYINDIR

3 baxış