Tag: gündəm

İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşdü

ELAZ.İNFO, BAKI, 20.05.2025. ELAZ.İNFO Prezident Adminstrasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, mayın 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud tərkibdə görüşü olub. Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycan Prezidenti və Macarıstanın Baş naziri birgə foto çəkdirdilər.

Davamını oxu

Döyüş hazırlığı üzrə məşqlər keçirilib 

ELAZ.İNFO, BAKI, 20.05.2025. ELAZ.İNFO Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan və Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış “İkitərəfli hərbi əməkdaşlıq planı”na əsasən, Serbiya Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün döyüş hazırlığı üzrə məşqlər keçirilib. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mütəxəssisləri tərəfindən keçirilən hazırlıqda döyüş əməliyyatları zamanı müxtəlif silahların tətbiqi, döyüş düzülüşü, irəliləmə texnikası, […]

Davamını oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib

ELAZ.İNFO, BAKI, 20.05.2025. ELAZ.İNFO Müdafiə Nazirliyinə istinadən bildirir ki, mayın 20-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Manninonu qəbul edib.Əvvəlcə Şəhidlər xiyabanına gələn İtaliya nümayəndə heyəti ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş […]

Davamını oxu

Hikmət Hacıyev: -“İki ölkə arasında müxtəlif sahələrdə əlaqələr dinamik xarakter daşıyır”

ELAZ.İNFO, BAKI, 19.05.2025. ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi və İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi tranzit yollarının tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar. İranın İRNA informasiya agentliyinin yazdığına görə Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan bu gün günortadan sonra Azərbaycan Prezidentinin Xarici Siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə […]

Davamını oxu

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyən bir qrup vətəndaşla görüş keçirilib

ELAZ.İNFO, BAKI, 19.05.2025. ELAZ.İNFO Müdafiə Nazirliyinə istinadən bildirir ki, Milli Müdafiə Universitetinin tabeliyindəki hərbi təhsil müəssisələrində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq üçün müraciət edən bir qrup vətəndaşla görüş keçirilib.Namizədlərə “Çavuş hazırlığı kursu”nun mahiyyəti, təhsil prosesi və hərbi təhsil müəssisələrinin imkanları barədə ətraflı məlumat verilib.Görüşdə namizədlərə, həmçinin xidmət müddətində mövcud olan imtiyazlar, karyerada inkişaf […]

Davamını oxu

Leysan olacaq, dolu düşəcək, hətta sulu qar da yağacaq

ELAZ.İNFO, BAKI, 18.05.2025. ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Azərbaycanın rayonlarında mayın 19-u gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda, […]

Davamını oxu

Daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsinin qurbanı oldu

ELAZ.İNFO, BAKI, 19.05.2025. ELAZ.İNFO xəbər verir ki, daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsində qəhrəmancasına həlak olub. Rusiya Müdafiə Nazirliyi tərəfindən döyüşçünün ailəsinə göndərilən məktubda deyilir ki, o döyüş tapşırığını yerinə yetirərkən şəhadətə ucalıb. Sözü gedən həmyerlimiz Qərbi Azərbaycandan, əslən Sisyan rayonunun Ağdü kəndindən olan, Omsk vilayətində doğulub boya-başa çatmış Quliyev Emin Səyyad oğludur. Məlumat üçün bildirək ki, […]

Davamını oxu

Hikmət Hacıyev İrana səfər edib

ELAZ.İNFO. BAKI. 19.05.2025 ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfər edib. Bu barədə “Tasnim” məlumat yayıb. Bildirilib ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak edir. Qeyd edək ki, Tehran Dialoq Forumu iki gün davam edəcək. Aycun NƏCƏFOVA

Davamını oxu

Azərbaycan Respublikasının Ordusu və İKK(SEPAH) Qarabağ bölgəsində birgə hərbi təlim keçirib

ELAZ.İNFO, BAKI, 19.05.2025. ELAZ.İNFO xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Azərbaycan Respublikası Ordusu Qarabağ bölgəsində birgə hərbi təlim keçirib. İranın Tasnim Xəbər Agentliyi yazır ki, “Aras 2025” kod adlı birgə təlimlər bazar günü Azərbaycan Respublikasının işğaldan azad etdiyi Qarabağ ərazilərində başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının və Azərbaycan Respublikası Ordusunun xüsusi təyinatlılarının […]

Davamını oxu

Yenə yağış yağacaq, yenə şimşək çaxacaq

ELAZ.İNFO, BAKI, 18.05.2025. ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Azərbaycanın rayonlarında mayın 19-u gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar […]

Davamını oxu