Tag: gündəm

Azərbaycan və Ermənistan prezidentləri Əbu-Dabidə görüşəcək

ELAZ.İNFO xəbər verir ki, iyulun 10-da Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Əbu-Dabidə baş tutacaq. Bu iki tərəfli görüşə Birləşmiş Ərəb Əmirliyi ev sahibliyi edəcək. Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb ki, görüş Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində gerçəkləşəcək. Məlumat üçün bildirək ki, hal-hazırda Azətbaycan Prezidenti cənab İlham Əliyev Birləşmiş Ərəb […]

Davamını oxu

Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq

ELAZ.İNFO xəbər verir ki, Bu ilin köç planına uyğun olaraq Ağdərə və Xocalı rayonlarıın 16 yaşayış məntəqəsində tikinti-bərpa işləri həyata keçirilir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan […]

Davamını oxu

Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

ELAZ.İNFO bildirir ki, Diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirəsinin iştirakçıları Xankəndi şəhərinə səfər ediblər. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyəti Xankəndinin mərkəzi hissəsi ilə tanış olaraq, şəhərdə aparılan genişmiqyaslı tikinti-quruculuq […]

Davamını oxu

PUA-larla təlim keçirir

 ElAZ.İNFO xəbər verir ki,“Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb.   Azərbaycanda keçirilən manevrlər Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə keçirilir. Bildiririk ki, bu təlim hərbi əməkdaşlığının möhkəmləndirilməsində xüsusi rola malik olacaqdır. Təlim iyulun 10-dək davam edəcək. Aydan ŞƏRBƏTOVA

Davamını oxu

Çin bu müharibəyə tam ciddiyyətlə hazırlaşır

Hazırda dünyada iki hegemon qüvvənin -ABŞ və Çinin hələ ki, soyuq müharibəsi davam etməkdədir. Hələlik, ritorika, hədə-qorxu mübarizəsi hökmranlıq edir. Mövzu ilə bağlı ELAZ.İNFO Asif Şəfəqqətova müraciət edib. Asif Şəfəqqətov bizim qarşımıza belə bir rəsm qoyur və izah edir: -“İnfoqrafikdə ABŞ (göy), Aİ (mavi) və Çinin (qırmızı) qlobal ticarətdə (QT) dominant olduğu ölkələr göstərilib. İlk […]

Davamını oxu

İran rəsmiləri hər gecə yer dəyişirlər

ElAZ.İNFO xəbər verir ki, xarici qüvvələrin ölkə ərazisində fəallığınığını nəzərə alaraq hökümət rəsmiləri gizli və hər gün başqa bir yerdə gecələyirlər. Bu sözləri tədqiqatçı və ekspert Abdullah Şahbazi deyib. O, hökumət məmurlarının mobil telefondan imtina etməyə məcbur olduqlarını bildirib. Emin AZƏRİ ƏRDƏBİL

Davamını oxu

Tramp Putindən narazıdır

ELAZ.İNFO xəbər verir ki, Tramp Putindən narazıdır. O narazılığını dünən Ağ evdə Netenyahu ilə görüş zamanı jurnalistlərə verdiyi müsahibə zamanı söyləyib. Prezident Tramp Rusiya-Ukrayna müharibəsinə də toxunaraq bildirib ki, “Bu müharibə heç vaxt başlamamalı idi. Prezident Putindən razı deyiləm. Keçən həftə 7 min insan öldü. Onların əksəriyyəti əsgər idi, amma bunlar candır. Bunu dayandıra bilsəm, […]

Davamını oxu

Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışı keçirilib

ELAZ.İNFO Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan Ordusunun 2025-ci tədris ilinin hazırlıq planına əsasən, hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.  Yarışa cəlb edilən komandalar kompas və xəritədən istifadə etməklə ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayıblar. Təyin olunmuş məsafə və vaxt ərzində nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, xəritə üzərində hədəflərin aşkar edilməsi üzrə tapşırıqların icrası zamanı […]

Davamını oxu

Kim istəsə ölkəni tərk edə bilər

Azərbaycanda son 5 il ərzində qalmaq məcburiyyətində olan şəxslər bu ay öz istəklərinə çatacaq. Nəhayət ki, onlar üçün yeni bir qərar çıxarıldı. ELAZ.İNFO xəbər verir ki, COVİD-19 səbəbi ilə Azərbaycanı tərk edə bilməyən, ölkəmizdə müvəqqəti və müddəti uzadılmış əcnəbilər, habelə vətəndaşlığı olmyan şəxslər istəklərinə görə bu ay -iyulun 31-dək ölkəni tərk etməlidirlər. Yaxud da bu […]

Davamını oxu

Leysan olacaq, dolu düşəcək

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, iyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Davamını oxu