Tag: gündəm

Yenidən bölüşdürülməli ərazi Rusiya idi

Rusiya uzun illər idi ki, başının üzərini alan qara buludlardan xəbərdar idi. Ən yaxşı müdafiənin hücum, hücumda isə ən uyğun ölkə Ukrayna idi. Rusiya hücum etməsəydi bəlkə də ona hücum ediləcəkdi. İstənilən halda ssenari yazılmışdı, Rusiya müharibəyə təhrik edilmişdi və beləliklə Rusiya-Ukrayna müharibəsi başladıldı. Müharibədə Ukraynaya hərbi dəstək göstərən dövlətlər isə Ukraynanı Rus işğalından qorumaq […]

Davamını oxu

Qarabağ və Şərqi Zəngəzurun tarixi və mədəniyyəti haqqında ciddi elmi araşdırma kitabları niyə yazılmır?

Qarabağ və Şərqi Zəngəzurun tarixi və mədəniyyəti haqqında ciddi elmi araşdırma kitabları niyə yazılmır? Bu adla dövlətdən oğurlanan vəsaitlər hara xərclənir?! Bu işdə məsuliyyət daşıyan dövlət qurumlarının korrupsiya əməllərinə niyə göz yumulur?! Son zamanlar Şərqi Zəngəzurun qədim tarixi, mədəniyyəti, eləcə də Alban xristian abidələri, toponimləri ilə bağlı müxtəlif dövlət qurumlarının maliyyə dəstəyi və ya hansısa […]

Davamını oxu

Paşinyan Zəngəzuru müzakirə etmək istəyir, nicat axtarır

ELAZ.İNFO xəbər verir ki, Nikol Paşinyan iyulun 24-də Rusiyaya iki günlük işgüzar səfərə gedir. Ermənistan lideri Altayda təbiətin mühafizəsi ilə bağlı beynəlxalq konfransda iştirak edəcək. “Hraparak”ın məlumatına əsasə“Vətəndaş Müqaviləsi” partiyasında hesab edirlər ki, Paşinyan Moskva ilə “dəhliz” məsələsini müzakirə edəcək. Natəvan BƏYDİLİ

Davamını oxu

Yağış, leysan, hətta dolu gəlir, ehtiyatlı olun

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, iyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.

Davamını oxu

Makron və Mertz görüşür

ELAZ.İNFO xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron çərşənbə günü Berlində Almaniya kansleri Fridrix Merzlə görüşəcək. Bu barədə Emanuel Makron sosial media hesabında bildirib. ” Alman-Fransız əməkdaşlığı yenidən işbaşındadır.” Aydan ŞƏRBƏTOVA

Davamını oxu

Bu gün Türkiyənin ilk hipersəs sürətə malik ballistik raketi təqdim edildi

Türkiyə yaxşı mənada bizi və hər kəsi heyrətləndirməyə davam edir. Son vaxtlar biz bu qardaş ölkənin az qala hər gün hansısa yeni bir silahın istehsalına başlaması və ya sınaqdan çıxarması barədə davamlı xəbərlərə rast gəlirik. Və budur, bu gün daha bir yeniliyin şahidi olduq. Belə ki, dünyanın ən nüfuzlu müdafiə sərgiləri arasında özünəməxsus yer tutan, […]

Davamını oxu

Tənha separatçı…

Separatçıların da növləri olur. Məsələn, Kanada separatçıları (Kvebek əyalətində yaşayan fransızlar) müstəqillik uğrunda mübarizəni həmişə sivil yolla aparmağa üstünlük veriblər. Eləcə də ABŞ-dan ayrılmaq istəyən ştatlar bir çox hallarda qanlı silahlı mübarizə aparmaqdan yayınıblar. Ancaq erməni separatizmi isə həm türklüyə nifrət üzərində kökləndiyinə, həm də bütün erməniləri birləşdirmək ideyasına hədəfləndiyinə görə onların Azərbaycana və Türkiyəyə […]

Davamını oxu

Azərbaycanın dövlət başçısı İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür etdi

ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkəsində Azərbaycanın dövlət başçısı İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşıb. Qeyd olunan paylaşıma görə Azərbaycanın dövlət başçısı İlham Əliyev özünün “X” hesabında ABŞ Prezidentinə təşəkkür edib. Günel GÜNTAC

Davamını oxu

Əslində bu adi video deyil, hakimiyyətin xəstəliyinin simptomudur

ELAZ.İNFO xəbər verir ki, 20 iyulda ABŞ prezidenti Donald Tramp öz sosial hesabında süni intellekt vasitəsilə düzəldilmiş 1 dəq. 21 san-lik maraqlı video paylaşıb. Əslində bu adi video deyil, hakimiyyətin xəstəliyinin simptomudur. Videonun əvvəlində Barak Obama, Co Bayden, Nensi Pelosi, Viktoriya Nuland və başqa Amerika siyasətçilərindən “Heç kim qanundan üstün deyil” sitatları göstərilir. Videonun ən […]

Davamını oxu

Prezident İlham Əliyev rəsmi sosial şəbəkə səhifələrində Milli Mətbuat Günü münasibətilə paylaşım edib

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi sosial şəbəkə səhifələrində 22 İyul – Milli Mətbuat Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm. Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. […]

Davamını oxu