Tag: gündəm

Hikmət Hacıyevin Ukrayna səfiri ilə görüşü

ELAZ.İNFO xəbər verir ki, Prezident Administrasiyasının xarici siyasət idarəsinin müdiri Hikmət Hacıyev səfir Yuri Qusevlə görüşüb. Bu barədə səfir “X”də sosial media hesabında  qeyd edib. “Ukraynaya davamlı dəstəyə və həmrəyliyə görə Azərbaycana minnətdaram”,- deyə Y.Qusev vurğulayıb. N.B

Davamını oxu

40 dərəcə istidə su yoxdur

ELAZ.İNFO xəbər verir ki, Bakının Suraxanı rayonunun Qarçuxur qəsəbəsində iki həftəyə yaxındır ki, su yoxdur.İnsanlar uşaqlı-böyüklü su daşımaqla məşğuldurlar. Vətəndaşlar narazılıq edirlər. Məlum olduğu kimi, Bakının bir çox ərazilərində içməli suyun verilməsində ciddi problemlər yaşanır. Xüsusən də Suraxanı rayon Yeni Günəşli, Qaraçuxur qəsəbələrində,Yasamal rayonunda, eləcə də şəhərin digər bir çox hissələrində əhaliyə su ya böyük […]

Davamını oxu

Türkiyə və Amerika S-400 məsələsini sonlandırır

ELAZ.İNFO xəbər verir ki, hava hücumundan müdafiə sistemi probleminin həllinə doğru Amerika və Türkiyə sonuc almaq üzrədir. Bu barədə Tom Barak Habertürk telekanalında bildirib. “Əlbəttə, biz bir həll tapacağıq. S-400 problemi 2017-ci ildə anlaşılmazlıqlar ucbatından yaranan bir məsələdir. On il sonra biz tamamilə fərqli vəziyyətdəyik və həll yoluna doğru irəliləyirik. Bir vaxtlar siyasi fikir ayrılığına […]

Davamını oxu

Qarabağda başlayan döyüş yolu Biləsuvar Könüllüləri ilə Qubadlı N hərbi hissəsindən başladı

Azərbaycan xalqı bu Qarabağ qazisini tanımalıdır. İmaməli Abdullahi 1-ci Qarabağ müharibəsində iki dəfə ağır yaralanıb..Müharibə bitənə qədər döyüşlərdə iştirak edib. Gəlin onun həyat yolu ilə tanış olaq. 31.05.1972-ci ildə İran İslam Respublikasının Ərdəbil şəhərində doğulub. 9 ay İran Silahlı Qüvvələri sırasında İslamabad uğrunda gedən döyüşlərdə iştirak edib. Qarabağda başlayan döyüş yolu Biləsuvar Könüllülərinin nəzdində Qubadlı […]

Davamını oxu

Şimali Kuril su altında qaldı

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Telegram nəşri öz səhifəsində Kamçatkada baş verən 8, 8 ballıq zəlzələni “Şimali Kuril -pilotsuz uçan aparat vasitəsi ilə görüntü yayıb. Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi də Saxalin vilayətindəki Şimali Kurildən çəkilmiş kadrları dərc edib. Qeyd olunub ki, baş verən zəlzələ və sonrakı sunamidən sonra şəhər qismən su […]

Davamını oxu

Rusiyada 8,8 bal gücündə zəlzələ: İlk sunami dalğaları sahilə çatıb

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın şərqində, Kamçatka yarımadası sahillərində 8,8 bal gücündə zəlzələ baş verib. Sunami xəbərdarlığı ictimaiyyəti sahildən uzaq durmağa çağırıb. İlk sunami dalğaları Kamçatka və Yaponiya sahillərinə çatıb. Yaponiyanın Fukusima Atom Elektrik Stansiyasının işçiləri təxliyə edilib. ABŞ-da, xüsusən də Havay sahilləri üçün təxliyə əmrləri verilib. Zəlzələ ilə bağlı məlumatlar TASS-da öz əksini tapıb. […]

Davamını oxu

İsti havalardan qorunun!

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, həftə sonunadək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir. Abşeron yarımadasında, o […]

Davamını oxu

Azərbaycanşünaslıq və Türkologiya elmi Mərkəz yaradılacaq

ELAZ.İNFO xəbər verir ki, Vyetnamla Azərbaycanşünaslıq və Türkologiya  elmı Mərkəz yaradılacaq. Bu barədə Azərbaycanda səfərdə olan Hanoy Universitetinin professoru Nguyen Van Çien  İsa Həbibbəyli ilə görüşdə bildirib. Azərbaycanla Vyetnam arasında memorandumunun imzalanması, qarşılıqlı mədəni tədbirlər, kitab tərcüməsi və nəşri, digər elmi layihələrə dair fikir mübadiləsi aparılıb, müvafiq razılıq əldə olunub. N.B

Davamını oxu

Çayın yatağı kiçilib, adalar əmələ gəlib

ELAZ.İNFO xəbər verir ki, son günlər havaların quraq keçməsi kür çayınada ciddi təsir göstərib. Çayın yatağı kiçilib, çayda adalar əmələ gəlib. Kür çayının aşağı düşməsi fermerlərə də təsirsiz ötüşməyib. Yerli fermerlər bildiriblər ki, nəinki əkin sahələrini, hətta mal-qaranı suvarmaqda çətinlik çəkirlər. Məlumat üçün bildirək ki, son iki ayda Kür çayının salyan rayon ərazisindən keçən hissəsində […]

Davamını oxu