Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb
ELAZ.İNFO, BAKI, 21.05.2025. ELAZ.İNFO xəbər verir ki, Sabirabad rayonunun Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb. Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb. Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. […]
